İspan aktrisa Hiba Abouk Mərakeşin professional futbol oyunçusu, 24 yaşlı Achraf Hakimidən ayrılmaq qərarına gəlib.
Uvertüra.az xarici mətbuata istinadən xəbər verir ki, zorakılıq ilə bağlı boşanmaq istədiyini bildirən aktrisa yoldaşından sərvətinin yarısını tələb edib. Ancaq maraqlısı budur ki, o qeyri-adi vəziyyət ilə üz-üzə qalıb. Belə ki, məlum olub ki, keçmiş həyat yoldaşının adına heç bir mülk və vəsait yoxdur, ancaq anası Fatima-nın adınadır.
Qeyd edək ki, PSG oyunçusunun aylıq gəliri 1.000.000 avro təşkil edir və vəsaitinin 80%-ni anasının adına olan bank hesabına köçürürdü, qalan 20%-ni isə özündə saxlayırdı.