Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir 1862-ci ildə Şamaxıda anadan olmuşdu. Əvvəlcə mollaxanada oxumuş, 12 yaşından isə təhsilini məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbdə davam etdirmişdi. Bu məktəb onun üçün faydalı olmuş, biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir.
Bədii yaradıcılığıa kiçik yaşlarında başlayan sabir Seyid Əzim Şirvaninin məktəbində oxuyarkən ilk şeirləlrini yazmağa başlayır. Sabirin də yaradıcılığının ana xətti sevgi və məhəbbət duyğularının tərənnümünə fokuslanmışdır. Şairin 19-cu əsrin axırı 20-ci əsrin əvvəllərində yazdığı lirik şeirlərinin bir qismində ictimai problemlərin vurğulandığını görmək mümükündür.
Sabirin satirik üslubu birdən-birə formalaşmamıışdır. İlkin vaxtlardan gənc şair mürtəce adamlara tənqidi yanaşmağa başlamışdır. 1905-ci il inqilabı isə Mirzə Ələkbər Sabirin bədii yaradıcılığında dönüş nöqtəsi sayılmaqdadır. Beləki əsərlərində ictimai məzmun, inqilabi-demokratik ideyalar güclənmişdir. Sabirin fikir və xəyallaırnın mərkəzində əsrdən-əsrə keçərək qüvvətlənən, yeni ifadə formaları alan xalq mövzusu dururdu.
Mirzə Ələkbər Sabir yalnız böyük satirik deyildir, həm də uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan şəxsiyyətlərdən biridir. «Beynəlmiləl» kimi son dərəcə ciddi şeiri yazan qələmdən incə ruhlu uşaq şeirləri də çıxmışdır. O, məktəbdarlıqla yanaşı, «Dəbistan» və «Rəhbər» jurnallarında, «Birinci il», “İkinci il”, «Yeni məktəb» dərsliklərində, həmçinin «Səda», «Həqiqət», «Günəş» və s. qəzetlərdə əsərləri ilə daim iştirak etmiş, «Yaz günləri», «Uşaq və buz», «Qarınca», «Cütçü», «Molla Nəsrəddinin yorğanı», “Əskik alıb, artıq satan tacir”, «Yalançı çoban», «Uşaqlara», «Analar bəzəyi» kimi şeir və mənzum nağılları, həmçinin İ. Krılovdan tərcümə etdiyi «Qarğa və Tülkü» təmsilini qələmə almışdır.
Sabir sözə haqqın nazil etdiyi bir nuri-həqiqət kimi baxırdı. Şairə görə, bədii söz bəşər övladının düzgün yola istiqamətləndirilib istiqbala işıqlı gələcəyə çıxmasına kömək edən ən təsirli tərbiyə vasitələrindəndir. Bu düşüncələrlə o, «Söz» şeirində yazırdı:
Növi-bəşərə tərbiyə bəxş olduğun üçün –
Gər densə səzadır sənə ümmül-ədəbiyyat.
…Mümtaz elədin növu-bəni adəmi əlhəq,
İnsan sənin ilə edib ehrazi- məqamət.
Göründüyü kimi, Sabir sözü bəşər övladının digər canlılardan seçilməsinə səbəb olan əvəzsiz bir nemət sayırdısa, bədii sözü həm də insanları tərbiyə edib, onları haqqa yaxınlaşdıran çox qiymətli bir gövhər hesab edirdi. Odur ki, şair qələm əhlini onun qədrini bilib sözdən yerli-yerində və şeirin daşıdığı tərbiyəvi məqsədə uyğun istifadə etməyə səsləyirdi:
Şeir bir gövhəri-yekdageyi-ziqiymətdir,
Salmaram vəsfi-düruğ ilə onu qiymətdən.
Deyərəm həcv, sözüm doğru, kəlamım şirin,
Əhli-zövqə verərəm nəşə bu xoş şərbətdən.
Sabir 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulur. 1911-ci ildə müalicə üçün Tiflisə gedir və Cəlil Məmmədquluzadənin evində qalır. Həkimlər bu dövrdə şaairə əməliyyat aparmağı təklif etsələr də şair razı olmayıb Şamaxıya qayıdır. Xəstəliyi şiddətlənən şair başqa bir əlacı qalmadığı üçün əməliyyat olmağa razı olur. Buna baxmayaraq həkimlər artıq gec olduğunu bildirərək ona Şamaxıya qaytmağı məsləhət görürlər. 1911-ci il iyulun 12 də Mirzə Ələkbər Sabir Şamaxıda vəfat edir və “Yeddi Güşə” qəbirstanlığında dəfn edilib.