Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the nano domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/uvertura/public_html/wp-includes/functions.php on line 6114
Azərbaycan ədəbiyyatının klassiki – Mirzə Şəfi Vazeh – Uvertura.az
Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Ədəbiyyat

Azərbaycan ədəbiyyatının klassiki – Mirzə Şəfi Vazeh

Mirzə Şəfi Vazeh Azərbaycan şairi, maarifçisidir. O, Gəncədə anadan olmuş, gimnaziyada oxumuş, mükəmməl təhsil almışdır. Bir müddət xəttatlıq sənəti ilə məşğul olmuş, M.F.Axundova digər elmlərlə yanaşı hüsnxətti də öyrətmiş, onu ruhani olmaq fikrindən daşındırmışdır. Mirzə Şəfi gənc yaşlarınldan gözəl şeirlər yazmış, tezliklə tanınmış, şöhrətlənmişdir.

Onun təsis etdiyi “Divani-hikmət” ədəbi fəlsəfi məclisi Gəncə şairlərinin, ziyalılarının böyük marağına səbəb olmuşdur. Mirzə Şəfi 1840-cı ildə Tiflisə köçmüş, oradakı qəza məktəbində Azərbaycan və fars dillərindən dərs demişdir. O, bu şəhərdə qabaqcıl Azərbaycan, rus, gürcü, xarici ölkə ziyalıları ilə tanış olmuş, dostluq etmiş, Gəncədə təsis etdiyi “Divani-hikmət” ədəbi-fəlsəfi məclisini burada davam etdirmişdir. Bu məclisdə poeziya, fəlsəfə, etika qaydalarına dair fikir mübadiləsi edilirdi. A.Bakıxanov, M.F.Axundov, Mirzə Şəfinin tələbəsi alman Fridrix Bodenştedt və başqaları bu məclisdə iştirak edirdilər.

Mirzə Şəfi 1848-ci ildə Gəncəyə qayıtmış, qəza məktəbində müəllimlik etmiş, bir müddətdən sonra, 1850-ci ildə yenidən Tiflisə gəlmiş, buradakı zadəganlar gimnaziyasında Azərbaycan və fars dilindən dərs deməyə başlamışdır. Mirzə Şəfi Vazeh 1852-ci ilin noyabr ayında Tiflisdə vəfat etmiş və orada da dəfn olunmuşdur.

Şairin həyatının ən maraqlı, yaradıcılığının ən parlaq dövrü bu şəhərlə bağldıdır. O, “Tiflislə əlvida” şeirində öz düşüncələrini məharətlə qələmə almışdır. Mirzə Şəfi əsərlərini Azərbaycan və fars dillərində yazmışdır. O, “Ağılların açan” adlı əlyazması halında olan şeirlər məcmuəsini Tiflisdə dostluq etdiyi F.Bodenştedtə hədiyyə vermişdir.

Almaniyalı qonaq Mirzə Şəfinin digər şeirlərini də toplayaraq Almaniyaya qayıdır və bir müddətdən sonra həmin şeirləri alman dilinə çevirərək, başqa Şərq şairlərinin əsərləri ilə birlikdə 1850-ci ildə “Şərqdə min bir gün” adı ilə çap etdirmişdir. Bu kitabda Mirzə Şəfinin həyatı və yaradıcılığı barədə geniş məlumat vermiş, onun həmin şeirlərin müəllifi olduğunu təsdiq etmişdir. Bu kitabdan sonra F.Bodenştedt müəllimi Mirzə Şəfinin şeirlərini 1851-ci ilddə Berlində alman dilində kitab halında “Mirzə Şəfinin şərqiləri” adı ilə nəşr etdirir. Kitab Almaniyada sürətlə yayılaraq, müəllifinə böyük şöhrət qazandırır. Şeirlər tezliklə ingilis, italyan, Norveç, İsveç, holland, Danimarka, polyak, çex, yəhudi, rus dillərinə tərcümə olunur. “Şərqilər”in rus dilində tərcümə və nəşri 1860-cı illərdən başlamış və bu şeirləri rus dilinə ilk tərcümə edən M.Mixaylov olmuşdur.

Mirzə Şəfi Vazehin əsərləri 1851, 1873, 1875-ci illərdə Berlində, 1880, 1930, 1971-ci illərdə Moskvada, 1926, 1961, 1977-ci illərdə Bakıda və dünyanın ayrı-ayrı şəhərlərində nəşr olunmuşdur. Mirzə Şəfi Vazeh irsinin araşdırılmasında, Azərbaycan şairi kimi təsdiq olunmasında alimlərin, ədəbiyyatşünasların, yazıçıların, ilk növbədə Ə.Səidzadənin, M.Rəfilinin, F.Qasımzadənin, F.Mustafayevin, A.Bayramovun və başqalarının əməyi böyük olmuşdur. Onlar şairin həyat və yaradıcılığı barədə mətbuatda ciddi fikirlər söyləmiş, haqqında çoxsaylı əsərlər yazmış, nəşr etdirmişlər. Mirzə Şəfi Vazeh zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasına yeni fikir, düşüncə tərzi gətirmiş, bu yeniliklər şairi ucaltmış, şöhrətləndirmiş, insanlara sevdirmişdir. Azərbaycan Respublikası prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə Mirzə Şəfi Vazehin əsərləri kütləvi tirajla çap edilmişdir.

You may also like