Almatıda Oljas Süleymenovun XX əsrin intellektual tarixində əlamətdar əsər olan “Az və Ya” kitabının nəşrinin 50 illiyinə həsr olunmuş “Türk slavyanşünaslığının doğuşu” adlı VII Beynəlxalq konfrans keçirilib.
Uvertura.az Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Çin, İsrail, ABŞ və Tacikistandan iyirmidən çox tanınmış alim, yazıçı, filoloq və mədəniyyət xadimi iştirak edib.
Çıxış edənlər arasında Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, şair, Nobel mükafatı namizədi Teymur Zülfüqarov, “Az və Ya” simfonik-konsertinin müəllifi, bəstəkar İqor Matsiyevski, digər görkəmli elm və mədəniyyət xadimləri olublar.