Aprelin 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin məşhur “Koroğlu” operası nümayiş olunub.
SSRİ Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 95 illiyinə həsr olunan nümayişdə əsas rolları xalq artistləri Samir Cəfərov, Əkrəm Poladov, əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasıyev, teatrımızın solistləri Mahir Tağızadə, Fəhmin Əhmədli, Taleh Yahyayev, Aytən Məhərrəmova, Nəzər Bəylərov, Emin İsmayilov və digərləri canlandırıblar. Uvertüra.az xəbər verir ki, tamaşanın dirijoru – Əyyub Quliyev (əməkdar artist) və xormeysteri isə Sevil Hacıyeva (əməkdar incəsənət xadimi) olublar.