Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti tərəfindən təşkil olunan Azərbaycan Dövlət Pantomim Teatrı, 22-25 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərinə qastrol səfəri edib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, teatr kollektivinin çıxışları Qırğızıstanın Termeçikov adına Milli Dram və Satira Teatrının səhnəsində baş tutub. Rejissor Ceyhun Dadaşovun quruluşunda, qırğız ədibi Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanından “Manqurt” və Bəhruz Vaqifoğlunun quruluşunda Hüseyn Cavidin “İblis” əsərindən hazırlanmış tamaşalar nümayiş olunub.
Hər iki əsərin pantomim janrında təqdim olunması, qeyri-verbal ifadə vasitələri ilə tamaşaçıların yaddaşında güclü təsir yaradaraq böyük maraqla qarşılanıb.
Qastrol səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti, Qırğızıstanın Moldobasanov adına Milli Konservatoriyası, Milli Tarix Muzeyi, Aytiev adına Milli Təsviri İncəsənət Muzeyi və İzibaev adına Qırğızıstan Dövlət Sirki ilə yaxından tanış olub.