Kino Mədəniyyət

“Azərbaycan kinosu həftəsi”: Klassik filmlərin nümayişi davam edir

Bu il kinematoqrafiyamız üçün xüsusilə əlamətdardır. Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının isə 100 illiyi qeyd olunur.

Uvertura.az xəbər verir ki, bununla bağlı ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarında “Azərbaycan kinosu həftəsi” adı altında klassik filmlərimizin nümayişi həyata keçirilir.

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə filmlərin nümayişi avqustun 9-dək davam edəcək.

You may also like