Azərbaycan Milli Kitabxanasının 102 illiyi münasibətilə kitabxananın əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası, eyniadlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan Uvertura.az-a bildirilib ki, “Azərbaycan Milli Kitabxanası” adlı elektron məlumat bazası “Rəsmi sənədlər”, “Milli Kitabxana haqqında”, “Ümummilli Lider Heydət Əliyev Milli Kitabxanada”, “Milli Kitabxananın layihələri”, “Görkəmli şəxsiyyətlər Milli Kitabxana haqqında”, “100 illiklə bağlı yubiley tədbirləri”, “Kitabxananın nəşrləri”, “Milli Kitabxana nəşrlərdə”, “Beynəlxalq əlaqələr”, “Onlayn xidmətlər”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir.