Azərbaycan bu gün Rusiyanın paytaxtı Moskvada işə başlayan “Primakov qiraətləri” IX beynəlxalq elmi-ekspert forumunda təmsil olunur.
Uvertura.az xəbər verir ki, Beynəlxalq Ticarət Mərkəzində “Postqloballaşmanın üfüqləri” mövzusunda ikigünlük forum keçirilir.
Forumda Rusiya və xarici elmi-ekspert ictimaiyyətinin nümayəndələri, rəsmi şəxslər, siyasətçilər, diplomatlar, işgüzar dairələrin nümayəndələri də daxil olmaqla 1300-dən çox insanın iştirakı gözlənilir.
Qeyd edək ki, tədbirdə dünyanın 80-dən çox ölkəsindən, o cümlədən Azərbaycan, Ermənistan, Banqladeş, Misir, Hindistan, İran, Qazaxıstan, Çin, Suriya, ABŞ, Türkiyə və Özbəkistandan beynəlxalq təhlükəsizlik, siyasət və iqtisadiyyat sahəsində ixtisaslaşan 30-dan çox aparıcı xarici ekspert çıxış edəcək.
Forumun ikinci günündə iştirakçılar Cənubi Qafqaz ətrafındakı vəziyyəti, o cümlədən Rusiya ilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığı, eləcə də Çin və ABŞ arasında münasibətləri və qlobal Cənub ölkələrinin inkişafını müzakirə edəcəklər.