Astana şəhərində, Şamşi Kaldayakovun “Mənim Qazaxıstanım” adlı beynəlxalq mahnı festivalı keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, festivala Özbəkistan, Ukrayna, Qazaxıstan, Azərbaycan və Qırğızıstanın incəsənət nümayəndələri qatılıblar.
Festivalda, Şamşi Kaldayakovun qazax musiqi mədəniyyətinin simvolu halına gəlmiş tanınmış əsərləri ifa edilib.
Tədbirin təşkilatçısı olaraq Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə “Kazakhkonsert” Dövlət Akademik Konsert Təşkilatı çıxış edib.