Mərkəzi Asiya ölkələri ilə türkdilli dövlətlər arasında teatr sənəti sahəsində əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Çimkənddə IX Beynəlxalq Teatr Festivalı keçirilir.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, festival J.Şanin adına Çimkənd Şəhər Akademik Qazax Dram Teatrının 95 illik yubileyinə həsr olunub.
Festivalda Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tatarıstan və Qazaxıstan teatrlarının ən yaxşı tamaşaları təqdim ediləcək.
Proqrama aparıcı teatrşünasların iştirakı ilə tamaşaların müzakirəsi üçün dəyirmi masalar, eləcə də dəvət olunmuş əcnəbi müəllimlər tərəfindən aparılacaq rejissorlar, aktyorlar və teatr menecerləri üçün ustad dərsləri daxildir.