Dünyanın qabaqcıl ətir sənayelərinin nümayəndələri Cenevrədə Ümumdünya Parfümeriya Konqresində bir araya gəliblər. Ətriyyatçılar ətir sənayesində innovasiyaya təkan verən əsas amilləri, xüsusilə də bütün seqmentlər üzrə qlobal tendensiyaları, yeni tənzimləmə və süni intellektə diqqət yetirməklə ən qabaqcıl texnoloji innovasiyaların sənayeyə və ətriyyatçıların yaradıcılığına necə təsir göstərdiyini müzakirə ediblər. Konqres çərçivəsində ətir sənayesi üçün xammal və xidmətlərə həsr edilən peşəkar beynəlxalq sərgi də təşkil olunub.
Uvertura.az xəbər verir ki, Ümumdünya Parfümeriya Konqresində və sərgidə ölkəmizi Azərbaycanın ətir sənayesi sahəsində ixtisaslaşmış “Lecheq Farm & Distillery” şirkəti yüksək səviyyədə təmsil edir.