Azərbaycan UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10-cu sessiyasında iştirak edir.
Uvertura.az Azertaca istinad edir ki, UNESCO-nun “Mədəni ifadə müxtəlifliyinin qorunması və təşviqi” Konvensiyasının 10-cu sessiyası 18 iyun 2025-ci il tarixində Parisdə başlayıb və 20 iyunadək davam edəcək. Azərbaycanı UNESCO yanında Daimi Nümayəndəlik və Mədəniyyət Nazirliyinin nümayəndə heyəti, nazir müavini Səadət Yusifova rəhbərlik etdiyi tərkiblə təmsil edir.
Açılış sessiyasında Səadət Yusifova Konvensiyanın 20-ci ildönümünü xatırladaraq Azərbaycanın 2022–2026-cı illər Sosial-İqtisadi İnkişaf Strategiyası çərçivəsində mədəni və yaradıcılıq sənayelərinin inkişafına verdiyi dəstək barədə məlumat verib, həmçinin Ermənistanın işğal siyasəti nəticəsində məcburi köçkün düşən azərbaycanlıların mədəni hüquqlarının pozulmasının Konvensiya prinsiplərinə zidd olduğunu qeyd edib.
Sessiya çərçivəsində 2026–2027-ci illər üçün strateji istiqamətlər müzakirə olunacaq, Azərbaycan nümayəndələri rəqəmsal platformalarda mədəni irsin əlçatanlığının artırılması və regional əməkdaşlıq təşəbbüsləri üzrə təkliflərini təqdim etməyi planlaşdırır