“Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və Meksikanın Azərbaycandakı səfiri Victoria Romero film sektorunda gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Uvertüra.az xəbər verir ki, hər iki tərəf Meksika kinosunun Azərbaycanda, həmçinin Azərbaycan kinosunun isə Meksika və Latın Amerika ölkələrində təbliği ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində Azərbaycanın klassik və yeni filmləri azərbaycan dilindən ispan dilinə tərcümə edilməsi və Meksikada nümayiş edilməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycan film sənayesinin tarixi 100 ili ötüb. Azərbaycan kinematoqrafiyasının ilk qısa səssiz filmi isə 1898-ci ilin avqustun 2-də nümayiş edilən “İlişdin” olub. Hazırda isə yerli film şirkətləri qlobalda tanınan yüzlərlə film istehsal ediblər.