İyulun 25-də Latviyalı tanınmış şair və yazıçı Yanis Akuratersin adını daşıyan Muzey üçün Azərbaycan Milli Xalça Muzeyi tərəfindən ərsəyə gətirilən Qarabağ qrupuna aid “Dəryanur” xalçasının təqdimatı keçirilib.
Uvertura.az xəbər verir ki, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Latviya Parlamentinin sədri Daiga Mierina, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova tədbirdə çıxış ediblər.