Uvertura.az xarici mediaya istinadən xəbər verir ki, “Eurovision” mahnı müsabiqəsinin yarımfinal püşkatması bu gün Bazel şəhərində, Cennifer Boşard və Jan van Diyetuzen tərəfindən keçirilib. Mayın 13-də birinci yarımfinalda 15 ölkə, mayın 15-də isə ikinci yarımfinalda 16 ölkə yarışacaq.
Azərbaycan mayın 15-də Bazel şəhərində keçiriləcək birinci yarımfinalın ikinci hissəsində səhnəyə çıxacaq. G5 ölkələri və İsveçrənin hansı yarımfinalda səs verəcəyini müəyyən etmək üçün bir püşkatma daha keçirilib. İsveçrə, İtaliya və İspaniya ilk yarımfinalda mayın 13-d, Fransa, Almaniya və İngiltərə isə mayın 15-də ikinci yarımfinalda səs verəcək.