Yarım milyondan çox abunəçisi olan “Cool Vision” “YouTube” kanalının sahibi Azərbaycana səyahət edib və Bakı haqqında geniş reportaj hazırlayıb. O, Bakını Şərqin Parisinə bənzədib və şəhər haqqında danışıb, yerli insanların adət və ənənələrindən bəhs edib. “YouTuber” deyib ki, “Mərkəz çox gözəldir, ancaq şəhərdən kənar yerlər haqqında bunu demək olmaz, amma daha sonra əlavə edib ki, bu bütün şəhərlərə xas olan xüsusiyyətdir”. O, deyir ki, “İnsanların şahmat oynadığını görsəniz təəccüb etməyin, buradakı əhali öz dilləri ilə yanaşı, rus dilini də əla bilirlər və hətta daha gənc nəsil çox yaxşı ingilis dilində danışır”. “YouTuber” şəhərin nəqliyyat sistemindən də bəhs edib və bildirib ki, müasir taksiləri, təkcə Londondan sonra Bakıda görmək olar. Əlavə edib ki, pik saatlarda digər böyük şəhərlərdə olduğu kimi tıxacların şahidi ola bilərsiniz.
Azərbaycana gələn “youtuber” Bakını Şərqin Parisinə bənzədib
