Teleserialların keyfiyyətli çəkilməsi çox önəmlidir. Çünki teleseriallar olmadıqca xalqın nitqi də düzəlməyəcək.
Bunu deputat Nizami Cəfərov Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zaman deyib.
O qeyd edib ki, teleseriallar qədər xalqa təsir edən sənət növü yoxdur. Azərbaycandakı aktyorların çoxu danışa bilmir.
“Qəbul ediləndir ki, aktyorun görünüşü gözəl olmalıdır, bu öz yerində. Onun yaraşığını da xalqın yaraşığı kimi qəbul edirik. Aktyorun görünüşünün yaxşı olması televiziyanın peşəkarlığı deməkdir. Lakin gərək nitq də peşəkar olsun. Bəzən gözəllik, obraz var, amma nitq kələ-kötürdür”, – deyə N.Cəfərov əlavə edib.
Trend