Azərbaycanın ən mənzərəli yollarından biri Bakı – Quba yolunun 40-cı kilometrindən Altıağaca doğru gedir. Bu yolla gedərkən qırmızı, narıncı, tünd qəhvəyi və çəhrayı rənglərə boyanmış çox da hündür olmayan, amma gözəlliyi ilə göz oxşayan çox sayda dağlar görəcəksiniz. Məhz bu dağlar Azərbaycanda çox məşhur olan Xızı dağlarıdır. Bu məftunedici rənglərin yaranmasının səbəbi qrunt sularının təsiri ilə qayaların tərkibindəki dəmirin oksidləşməsidir. Dağların adı ilk dəfə Britaniya səyahət yazarı Mark Elliottun “Azərbaycandan Gürcüstana ekskursiyalar” kitabçasında qeyd olunmuşdur. Dağlar rənglərini yerdəki dəmir birləşmələrinin oksidləşmə vəziyyətini dəyişdirmiş qrunt sularının nəticəsində almışdır. Bakıda turizm şirkətləri tərəfindən payız və yaz aylarında təşkil edilən haykinq turlara qoşulub bu yerləri gəzməyə çıxa bilərsiniz. Ayaqlarınızın altına diqqətlə nəzər salsanız: burada tabaşir dövrünə aid kiçik qalıqlara və bəlkə də, molyusklara bənzər belemnitlərə rast gələ bilərsiniz. Bu dağları həm də “şəkər dağları” da adlandırırlar. Eyni tipli dağlara Peru və Çində də rast gəlmək olar.
Araşdırdı: Nəzrin Zamanlı