Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında ilk dəfə “Nəsimi” operası tamaşaya qoyulacaq.
Uvertura.az xəbər verir ki musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan opera Nəsimi irsinin gələcək nəsillərə çatdırlması məqsədini daşıyır
20 noyabr saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq premyera tamaşasında İmadəddin Nəsimi obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq. Həmçinin Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Nurəddin Mehdixanlı (Salnaməçi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Cahangir Qurbanov (Məlikşüarə), solistlər Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Zahid), Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş), Ruslan Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə (Zindan açarçısı), Elmir Rüstəmov (Qazi) və başqaları çıxış edəcəklər.