Azərbaycanın turizm imkanları Yaponiyanın Tokio şəhərində keçirilən “Yaponiya Expo Turizm” (Tourism Expo Japan 2024) sərgisində tanıdılıb.
Dövlət Turizm Agentliyindən uvertura.az-a bildirilib ki, sərgidə iştirakın məqsədi turizm məhsullarının təşviqi sahəsində təcrübə və məlumat mübadiləsinin, qarşılıqlı təbliğatın və turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilməsi, eləcə də turizm agentliklərinin dəstəklənməsi və digər məsələlərdə əməkdaşlıq əlaqələrini formalaşdırmaqdır.