İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Azərbaycanın 4 oyun studiyası (“Darts Games”, “Cool Bears Game Studio”, “Dynamic Box Studio”, “AzDimension”) Almaniyanın Köln şəhərində keçirilən və dünyanın ən böyük oyun sərgisi hesab edilən “Gamescom”da iştirak edib.
Uvertura.az xəbər verir ki, ölkəmizi təmsil edən “Dynamic Box” studiyası öz fərdi stendində “Madness Afloat” oyununu nümayiş etdirib və bu da Azərbaycandan olan tərtibatçının tanınması baxımından tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.