Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü ilə, Latviya Milli Opera və Balet Teatrında Azərbaycan və Latviya arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə məşhur italyan bəstəkarı Cakomo Puççininin “Toska” operası nümayiş olunub.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tamaşaya rəhbərlik edən orkestrin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev olub. Onun rəhbərlik etdiyi orkestrin yüksək peşəkarlıqla ifa etdiyi musiqi, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Anşlaqla baş tutan tamaşada solistlərin ifaları alqışlarla qarşılanıb.