Qeyri-adi səsi ilə fərqlənən Urfan Cəfərov dünya dinləyicisinin ürəyini fəth edir. Gənc vokalist Azərbaycanı dünyanın ən yaxşı konsert salonlarında uğurla təmsil edir. O, ilk azərbaycanlı vokalistdir ki, opera müğənnilərinin “Amerika Beynəlxalq Vokal Müsabiqəsi 2023”də qızıl medal qazanıb. O, eyni zamanda 2022-ci ildə Londonda keçirilən beynəlxalq yarış “Qızıl Vaxt Talantı” da “Qızıl Səs” mükafatına layiq görülüb. Onun səsi 53 münsifi heyrətləndirib və müsabiqədə 67 ölkədən qatılan namizədlər olub. Elə həmin ildə ilk dəfə Amerika Vokal Yarışında iştirak edən vokalist 1-liyi əldə edir. Vokalist müsahibələrinin birində bu haqda deyir ki, “Buradakı performans məni çox həyəcanlandırmışdı və güclü emosiyaları alovlandırmışdı. Azərbaycan vokal məktəbini Nyu Yorkda təmsil etməkdən xoşbəxt idim”. O, bildirib ki, yeni yarışlarda Azərbaycanı uğurla təmsil etməyə davam edəcək.
Azərbaycanlı vokalist dünyanın ən yaxşı konsert salonlarında parıldayır
