ABŞ-da yaşayan azərbaycanlı ədəbiyyatşünas, şair və yazıçı Aleksandr Səlimov, Çində təşkil edilən 7-ci Boao Beynəlxalq Poeziya Mükafatları tədbirində “İlin şairi” mükafatına layiq görülüb.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, bu tədbir, Cənub-Şərqi Asiya Şairlər Birliyi və Çin Yazıçılar Birliyinin dəstəyi ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Aleksandr Səlimov, ABŞ-ın Delaver Universitetinin professoru olmaqla yanaşı, Amerika Şairlər Akademiyasının da üzvüdür və UNESCO-nun fəxri mədəniyyət səfiridir. Onun kitabları arasında “Çağırış və digər poemalar” adlı şeirlər toplusu xüsusi əhəmiyyət kəsb edir. İberiya-Amerika ədəbi cəmiyyəti tərəfindən nəşr edilən bu əsər, 2018-ci ildə Viktoriya Urbano fəxri mükafatını alıb. “Çağırış və digər poemalar” kitabına, həmçinin Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər daxil edilib.