“Azerbaijan Design Award” Azərbaycanın ilk və yeganə dizayn müsabiqəsidir. Bu layihə 2018-ci ildə yaradılıb və 2019, 2020, 2022-ci illərdə keçirilib. Müsabiqə müxtəlif dizayn sahələrində çalışan yaradıcı şəxslərin layihələrinin yarışından ibarətdir.
Uvertüra.az xəbər verir ki, aprel ayının 18-dən başlayan “Azerbaijan Design Award 2023”ə layihələrin qəbulu isə mayın 18-də başa çatır. Təşkilatçıların verdiyi məlumata əsasən “Azerbaijan Design Award 2023”də 20 gün ərzində 400-dən artıq layihə qəbul edilib.
Layihənin məqsədi: “Azerbaijan Design Award” layihəsi ölkəmizdə bir ilkdir. Layihənin təsisçiləri Rəhim İsmayılov, Ramin Nəsirovdur və Elşən Quliyevdir. 2022-ci ildən layihənin təşkilatçılığını Azərbaycan Dizaynerlər Assosiasiyası aparır. Bu müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və stimullaşdırılması məqsədilə həyata keçirilir. Müsabiqənin əsas məqsədi ölkədə dizaynın keyfiyyətini yüksəltməkdir.