Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə uvertura.az-a ittifaqdan məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə 1990-cı il 20 Yanvarda Bakıda mülki əhaliyə qarşı törədilmiş dəhşətli faciə haqda məlumat verib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu hadisələrə ilk dəfə siyasi qiymət verməsi, onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını xüsusi vurğulayıb. Həmçinin Firəngiz Əlizadə bu faciə ilə əlaqədar Azərbaycan bəstəkarlarının çoxlu sayda əsərlərinin siyahısını təqdim etməklə, bu əsərlər haqqında fikirlərini bölüşüb.
Tədbirin bədii hissəsində bəstəkar Tahir Əkbərin solistlər, xor, bədii qiraətçi, azan və simfonik orkestr üçün “Ya Rəbb” poema-kompozisiyasının audiolent yazısı nümayiş olunub.
