Bakı Dövlət Sirki Yeni il bayramları ərəfəsində “Yeni il karvanı” adlı xüsusi proqramını təqdim edib.
Uvertura.az xəbər verir ki, müxtəlif ölkələri təmsil edən sirk sənəti ustaları həm ənənəvi, həm də müasir nömrələrlə çıxış ediblər. Tamaşalar tamaşaçıların və artistlərin Yeni il bayramının qarşısını almağa çalışan bədxah Baltazarın cəhdlərinə qarşı birləşdiyi maraqlı süjet xətti ətrafında təqdim olunub.
“Yeni il karvanı” jonqlyorluq sənətindən güc nümayişlərinə, akrobatların balans hərəkətlərindən hava gimnastının həyəcanverici uçuşuna qədər ardıcıl şəkildə davam edib. Arenada “müxtəlif çəki kateqoriyalarına” aid itlərin peyda olması isə tamaşaçılarda xüsusi heyranlıq doğurub.
