Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə 2025-ci il martın 10-dan 17-dək Milli Teatr Gününün 152-ci ildönümü münasibətilə Bakıda 1-ci “Uşaq Teatrı” Festivalı keçiriləcək.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, 6-14 yaş arasındakı uşaqlar üçün təşkil olunan bu tədbir, Azərbaycan xalq nağıllarının qorunmasına və yeni nəslin mədəniyyətə olan marağının artırılmasına yönəlmişdir.
Festivalda hər bir komanda 10 nəfərdən ibarət olacaq və 15 komanda iştirak edə bilər. Komandalar, xalq nağılları əsasında hazırladıqları tamaşaları 20-35 dəqiqə ərzində nümayiş etdirəcəklər. Festivalın əsas məqsədi mədəni irsimizi qorumaq, uşaqlara komanda şəklində işləmə bacarıqlarını aşılamaq, səhnə mədəniyyəti ilə tanış olmaq və onların istedadlarını nümayiş etdirmək üçün şərait yaratmaqdır.