Aprelin 17-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, bəstəkar Hacı Xanməmmədovun xatirəsinə həsr edilmiş musiqili gecə keçiriləcək.
Üvertura.az Mərkəzə istinadən xəbər verir ki, musiqili gecədə BMM-nin solistləri Könül Məmmədli, Vəfa Vəzirova, Elgiz Əliyev, Könül Xəlilzadə, Murad Laçın, Hüseyn Məlikov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Elnur Zeynalov, Ehtiram Hüseynov iştirak edəcək. Biletləri isə şəhərin kassalarından və iTicket saytından əldə etmək olar.