Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Balakən rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin tərəfdaşlığı ilə “Kodla Yarat” layihəsi həyata keçirilib.
Uvertura.az xəbər verir ki, Layihə çərçivəsində:
-Kibertəhlükəsizliyin əsasları;
-Kiberhücumların ümumi növləri və həssas məlumatların qorunması;
-Dataların toplanması, təhlili və şərhi;
-Yaradıcılıq və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi kimi mövzulardan bəhs olunub və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, layihədə 15-23 yaş aralığında qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 20 gənc iştirak edib.