Bakıda Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Polşanın görkəmli qadınları” adlı sərgi açılıb. Bu sərgi Polşa tarixində əlamətdar izlər qoymuş və cəmiyyətə böyük töhfələr vermiş qadınları tanıtmağı hədəfləyir.
Uvertura.az Report-a istinadən xəbər verir ki, açılş zamanı Polşanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlərini icra edən Mixal Qreçilo çıxış edib. O, sərginin məqsədinin Polşa tarixində böyük izlər buraxmış qadınların həyat və fəaliyyətlərini Azərbaycan xalqına tanıtmaq olduğunu və azərbaycanlıların bu ölkənin mədəniyyəti ilə daha yaxından tanış olmasına imkan verəcəyini vurğulayıb