” Balaca şəhzadə” tamaşanın premyerası keçirilib.Tamaşa Fransız yazıçısı Antuan De Sent-Ekzüperinin eyniadlı əsəri əsasında hazırlanıb.
“Bir hissəli fantaziya” janrında olan,tamaşanın səhnləşdirilməsi Vaqif İbrahimoğlu, rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, geyim rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımov, rejissor köməkçiləri Cavid Baba, Tohid Əzim, fotoqrafı Pəri Arifqızı, dizayneri Şəhriyar Maliklidir.
Əsərdə söhbət Saxara səhrasına düşən bir pilotun balaca şəhzadə ilə qarşılaşması və onlar arasında keçən dialoqdan gedir.
Tamaşada Cavid Baba, Məleykə Cəfərova , Tohid Əzim, Elçin Əmirov, Tunar Əlizadə və Elnur Tağıyev adlı gənc aktyorlar rol alıb.Tamaşanın vaxtı 55 dəqiqədir.
Qeyd edim ki,tamaşanın növbəti nümayişi 12 may tarixində baş tutacaq .