“Əsas instinkt” və “Alfa it” filmlərinin ulduzu Şeron Stoun hələ 1990-cı illərdə “Barbi” haqda film çəkməyi təklif edibmiş.
Uvertura.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb. Aktrisa “Barbi” filminin yaradıcılarının göstərdiyi cəsarət və dözümlülük üçün minnətdar olduğunu yazıb və bunları qeyd edib:
“1990-cı illərdə “Barbi” ideyası ilə studiyaya gələndə məni lağa qoymuşdular. Amma şirkətin rəhbəri tərəfindən dəstəklənmişdim. Nə qədər irəli getmişik”.
Qeyd edək ki, 2023-cü ilin yayında təqdim olunan “Barbi” filmi 1,4 milyard dollar qazancla ən çox gəlir gətirən film olub. Ekran işində baş rolları Marqo Robbi və Rayan Qoslinqin canlandırıb.