Əlcəzair səlahiyyətliləri “Barbie” filminin cəmiyyətin mənəvi dəyərlərinə uyğun gəlmədiyini əsas gətirərək nümayişinə qadağa qoyub.
Uvertura.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Əlcəzairin Mədəniyyət Nazirliyi ötən həftə ölkədə nümayiş etdirilən qalmaqallı “Barbie” filminin nümayişi üçün verdiyi icazəni geri götürüb.
Bildirilib ki, film “Əlcəzair cəmiyyətinin mənəvi dəyərlərinə zidd olduğu və homoseksuallığı təbliğ etdiyi” üçün qadağan edilib.
Qeyd edək ki, öncədən Livan və Küveyt ABŞ istehsalı olan filmin dini və əxlaqi dəyərlərə uyğun olmadığını, uşaq və gənclərə mənfi təsir göstərə biləcəyini əsas gətirərək qadağan etmişdi.
Araşdırdı: Nicat Şəmiyev