Bir kuklaya əsaslanaraq çəkiliş etmək, Oskar mükafatını qazanmaqda Barbie -yə çətinlik yaratdı. Film ən yaxşı film nominasiyasına namizəd olsa da, Qreta Gerviq rejissorluqdan rədd edildi, Margot Robbie də həmçinin, ən yaxşı aktrisa kateqoriyasından kənarda qaldı, bu isə sosial şəbəkələrdə həmkarlarının qəzəbinə səbəb oldu.
Uvertura.az xəbər verir ki, Barbienin hərəkətləri və Kenin davranışları izləyicilərdə qıcıq yaranmasına səbəb oldu. Nəticədə internetdə müxtəlif başlıqlar altında müzakirələr yarandı:
– Gerviqin “cəsarətli, ixtiraçı” Barbie, qəlibləri qırır.
– Barbie çəhrayı ilə bağlı gözləntilərimizi necə alt-üst edir.
– ‘Mən sadəcə Kenəm’: Kinoda isə kişilik haqqında fikirlər alt-üst edilirdi.
Kinoda cinsiyyətçilik əsas məsələlərdən birinə çevrilmişdi. Buna görə də, Oskar münsifləri oyuncaq əsaslı filmə ciddi yanaşmaqdan imtina etdilər, onun nə qədər ixtiraçı olduğuna məhəl qoymadılar. Filmi milyard dollarlıq popkorn filmi kimi rədd etdilər, bu həm gülməli, həmçinin də məhv edici situasiyadır.
Bütün filmdə Barbie obrazı qadınlar haqqında steriotipləri sarsıtmasına baxmayaraq, Barbie filmdə canlı, şirniyyat rəngli buludlarla əhatə edilirdi. Bu səhnə isə Oskar münsiflərinin gözündən qaçmadı. Barbie ən yaxşı komediya və ya musiqili film nominasiyasını qazana bilmədi, lakin kinematoqrafiya nəailiyyətlərinə görə, populyar olmaq və pul qazanmaq xatirinə təsəlliverici mükafatla uzaqlaşdırıldı.
Hekayədə, bütün Barbiləri satan şirkət Mattel-i küt və patriarxal olaraq tənqid edirdi, lakin filmin özü oyuncaq şirkəti tərəfindən lisenziyalaşdırılmış böyük bir studiya istehsalı olduğunu da vurğulayırdı. Bütün bu təzadlı səhnələr New York Times kimi bir çox jurnalların da əsas mövzusuna çevrildi. Beləliklə, Barbie istədiyi mükafatı qazana bilmədi.