Mədəniyyət

Barselona Musiqi Muzeyinə Azərbaycan kamançası hədiyyə edilib

“Nargıs” jurnalının baş redaktoru Ülviyyə Mahmud Barselonadakı “Casa Azerbaiyán” evinin nümayəndəsi ilə birlikdə Barselona Musiqi Muzeyini (Museu de la Música de Barcelona) ziyarət edib.

Uvertura.az xəbər verir ki, o, muzeyin direktoru Jordi Alomar i Payerasa Azərbaycan milli musiqi aləti olan kamança bağışlayıb.

Hədiyyə edilən kamança Azərbaycan Milli Konservatoriyasının Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi və Bərpası üzrə Elmi-Tədqiqat Laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov tərəfindən hazırlanıb. Bu kamança “Museu de la Música de Barcelona” kolleksiyasına daxil edilən ilk Azərbaycan milli musiqi alətidir.

You may also like