İtaliyanın Baş naziri Giorgia Meloni Britaniyanın “Plasebo” rok qrupunun solisti Brayan Molkonu təhqirə görə məhkəməyə verib.
Uvertura.az xəbər verir ki, iyulun 11-də Turin şəhəri yaxınlığındakı Stupinigidə keçirilən musiqi festivalı çərçivəsində verdiyi konsert zamanı solist Molko səhnədən Baş nazir Meloni’ni “faşist və irqçi” adlandırıb. Hadisədən sonra 51 yaşlı solist Molko dövlət qurumlarını alçaltdığı və Baş naziri təhqir etdiyi üçün Turin Baş Prokurorluğu tərəfindən istintaqa cəlb edilib.
Qeyd olunur ki, Molko təqsirli bilinərsə, min ilə 5 min avro arasında cərimə oluna bilər.
Araşdırdı: Nicat Şəmiyev