İrəvan Dövlət Azərbaycan Dram Teatrının təmirdən sonra istifadəyə verilmiş yeni binası tamaşaçıların üzünə qapılarını açır.
Teatrın mətbuat xidmətindən Uvertura.az-a bildirilib ki, martın 18–21-də dramaturq Şəbnəm Xeyrullanın “Bahar niyə küsüb?” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq. Quruluşçu rejissor İlhamə Əhmədovadır.
İnteraktiv bayram oyunu janrında hazırlanmış tamaşa uşaqları əyləndirməklə yanaşı, onlara təbiəti sevməyi və qorumağı aşılayır. Tamaşada teatrın aktyorları iştirak edir.
Biletləri teatrın kassasından əldə etmək mümkündür.
