Azərbaycanın Almaniyadakı səfirliyi, “35-ci Berlin Nağıl Günləri” festivalı çərçivəsində Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tədbir təşkil edib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbirə Berlində təhsil alan 100-ə yaxın şagird və onların müəllimləri qatılıblar.
Festivalın təşkilatçısı olan “Märchenland” təşkilatının layihə meneceri Anna Povediç tədbirin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı təşəkkürlərini bildirərək, bu barədə ətraflı məlumat verib.
Çıxışlardan sonra məktəblilərə Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli tərəfindən “Ağ göyərçin” adlı Azərbaycan xalq nağılı oxunub və uşaqlar üçün musiqi viktorinası keçirilmişdir.
Tədbirin sonunda qonaqlara Azərbaycan şirniyyatları və suvenirlər təqdim edilib.