Son zamanlar bir sıra yaddaqalan tədbirlərin və festivalların məkanına çevrilən Şamaxıda bu dəfə də Beynəlxalq Barbekü Festivalı təşkil olunacaq.
Uvertura.az xəbər verir ki, oktyabrın 4-5-də Şamaxının Meysəri kəndində Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Barbekü Festivalı keçiriləcək.
Festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi, “Abqora” restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun (Don David) dəstəyi ilə təşkil olunur.