“Bihter” filmində baş rolda olan türkiyəli aktrisa Farah Zeynep Abddullahla “Firdevs Yöreoğlu” xarakterinə həyat verən Hande Ataizi arasında çəkiliş meydançasında qalmaqal yaşanıb.
Uvertura.az xəbər verir ki, bu iddia ilə “2. Sayfa” çıxış edib. Bildirilir ki, Farah Zeynepin yersiz istəkləri səbəbindən bütün çəkiliş heyəti bezib və gərginlik yaşanır.
Belə ki, ssenariyə müdaxilə edən və “mən bunu oynaya bilmərəm” deyərək çəkilişin 2 saat dayanmasına səbəb olan aktrisa Hande Ataizi ilə səhnələrində də inadından dönməyib. Ataizi bu vəziyyəti dilə gətirdiyində çəkilişdə qiyamət qopub. İddialara görə, Farah Zeynep Abdullah çətinliklə yola gətirilib.
Hande Ataizi isə ötən günlərdə verdiyi açıqlamada “olubsa, işlə bağlı problemdir, mənim kimsə ilə aramda bir problem yoxdur” demişdi.