Müğənni Bülent Ersoy bir müddət öncə “Mən heç kimin dəfnimə gəlməsini istəmirəm” sözlərini deməklə gündəm olmuşdu.
Uvertura.az Lent.az-a istinadən xəbər verir ki, ötən axşam Arnavutköydə bir məkandan çıxarkən görüntülənən Bülent Ersoya bu ifadələr jurnalistlər tərəfindən xatırladılıb.
Jurnalistlərin “Bu fikir hələ də qüvvədədirmi?” sualına Ersoy “Əlbəttə. Ömrümdə bir dəfə sözümdən dönmüşəm, bir daha əsla dönmərəm” deyib.