Azərbaycanlı səyyah Azər Qəribin Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə İtaliyaya rəsmi səfərinə həsr olunmuş “Bir səfərin izi ilə” filminin təqdimat mərasimi keçirilib.
Uvertura.az xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində ictimai xadimlər, filmin yaradıcı heyəti va digər qonaqlar iştirak ediblər.
Filmin aparıcısı və layihə rəhbəri Azər Qərib bildirib ki, bu maraqlı layihə bizi Heydər Əliyevin ziyarət etdiyi İtaliyanın tarixi şəhərlərinə aparır və rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir: “Buraya onun protokoldan kənar kimlərlə görüşməsi, hansı abidələrlə və sənət əsərləri ilə maraqlanması yer alıb. Filmdə sürprizlər var. Güman edirəm ki, tamaşaçıların xoşuna gələcək”.