Mədəniyyət

Bişkekdə Azərbaycan mədəniyyətinin təntənəsi

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-25 aprel tarixlərində Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Aprelin 21-də Toktokul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti olub.
Gecədə hər iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli, Mirbek Mambataliyev, TÜRKSOY-un baş katibi Sultan Raev, digər rəsmilər, tanınmış mədəniyyət xadimləri və sənətsevərlər iştirak ediblər.

Uvertura.az xəbər verir ki, ilk olaraq “Qarabağ” orkestri “Dostluq kompozisiyası”nı təqdim edib.

Sonra Azərbaycan Dövlət Rəqs Ansamblı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının mövzularına “Fantaziya”, “Nəlbəki”, “Qaytağı”, “Uzundərə” rəqslərinin ifası ilə tamaşaçıların könlünü fəth edib.

You may also like