Uvertura.az xəbər verir ki, aktyor İbrahim Çingiz aktrisa həyat yoldaşı Aydan Axundova ilə bağlı paylaşım edib.
O, xanımının ad günü olduğunu vurğulayıb.
İbrahim paylaşımına “Səni sevmək üçün gəldim dünyaya. Doğum günün mübarək, həyatımın mənası. Gözəl həyat yoldaşı və gözəl ana. Yaxşı ki, varımsan. Düşündüklərimi heç də hər zaman düzgün ifadə edə bilmirəm, amma ürəyimdə olan sevgi hissini sən bilirsən. Səninlə bağlı ən böyük arzum hər zaman birlikdə olmağımızdır. Çünki bizə bundan artıq heç nə lazım deyil” sözlərini yazıb.
Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur. Aydan və İbrahim cütlüyünün 1 qız övladı var.