Biznesmen, televiziya siması Acun Ilıcalı sevgilisi Ayça Çağla Altunkayaya doğum günü təşkil edib.
Uvertura.az xəbər verir ki, o, sosial şəbəkədə sevgi dolu paylaşım edərək bu sözləri yazıb: “Hər kəs eşitməsin deyə, duyğularımı bu gün qulağına dedim. Doğum günün mübarək, qoy hər günümüz belə xoşbəxt keçsin”, – deyə yazıb.
Qeyd edək ki, türk mətbuatının yazdığına əsasən doğum günü çərçivəsində Acun sevgilisinə evlilik də təklif edib və Altunkaya qəbul edib. Bildirilir ki, cütlük yay ayında evlənəcək.