Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the nano domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/uvertura/public_html/wp-includes/functions.php on line 6114
BMU-da Xalq yazıçısı Anarın əsərinin müzakirəsi keçirilib – Foto – Uvertura.az
Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Ədəbiyyat

BMU-da Xalq yazıçısı Anarın əsərinin müzakirəsi keçirilib – Foto

Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin Azərbaycan dili və pedaqogika kafedrasının təşkilatçılığı ilə bədii əsərlərin müzakirəsi çərçivəsində keçirilən növbəti tədbir Xalq yazıçısı Anarın “Göz muncuğu” povestinə həsr olunub.

Uvertüra.az BMU-ya istinadən xəbər verir ki, kafedranın professoru, ədəbiyyatşünas və tənqidçi Akif Hüseynov Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın yazıçı, şair, tərcüməçi, ssenarist kimi çoxşaxəli fəaliyyətindən söz açıb. Klassik və modernizmi birləşdirən yazıçının milli ədəbiyyatımızın inkişafında özünəməxsus yer tutduğunu vurğulayan professor adıçəkilən əsərin seçimi, mövzusu və bütövlükdə tədbirin mahiyyəti ilə bağlı fikirlərini bölüşüb.

“Göz muncuğu”nun düşüncə məhsulu olduğunu deyən A.Hüseynov povestin mistik, həmçinin müdrik, bədii-fəlsəfi düşüncələrə yol açdığını, bu baxımdan xüsusi marağa səbəb olan əsərin başqa dillərə tərcümə edildiyini və müxtəlif ölkələrdə nəşr olunduğunu nəzərə çatdırıb.

Kafedranın müdiri Təranə Hacıyeva çıxışında öncə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin müvafiq Fərmanına, eyni zamanda sənəddə yer alan mühüm vəzifələrə diqqət çəkib. T.Hacıyeva Fərmanla ədəbi dil normalarının qorunması, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsinin əsas götürüldüyünü, bu mənada Anarın əsərərinin dilimizin saflığının qorunması və zənginləşdirilməsinə xidmət etdiyini, müzakirə olunan povestdə də bu tendensiyanın pozulmadığını bildirib.

“Göz muncuğu”nun parapsixoloji mövzuda qələmə alındığını söyləyən kafedra müdiri əsərdə sosial, məişət, dini, fəlsəfi, bədii, estetik və digər istiqamətlərin vəhdət təşkil etdiyini və oxucular üçün dəyərli olduğunu vurğulayıb.

Sonra əsər ətrafında geniş müzakirələr aparılıb və tədbir iştirakçıları povestin ictimai əhəmiyyəti ilə bağlı fikirlərini paylaşıblar.

You may also like