Uvertura.az xəbər verir ki, “Bozun əlli çaları” filmində baş rolu canlandıran aktyor Ceymi Dornan zəhərli tırtıl dişlədikdən sonra ürəktutmasından xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, sənətçi dostu Qordon Smart ilə Portuqaliyada istirahət edirmiş. Qolf oynayarkən, onlar özlərini pis hiss ediblər. Dornanın əzalarında uyuşma baş verib və ürək tutması əlamətləri büruzə verib, Smartda isə sol qolunda “iynə batma” hissi yaranıb və onun ürək döyüntüləri artıb.
Aktyorun dostu bildirib ki, onun səhhətinin pisləşməsinə Portuqaliyanın cənubunda rast gəlinən kiçik zəhərli tırtılların dişləməsi səbəb olub. Onların tüklərində dərini, gözləri, boğazı qıcıqlandıran və ürək tutması yarada bilən “taumetopoin” maddəsi mövcuddur.