Holivuddda aktyorların tətili özünün 1-ci ayına qədəm qoyub. Film və TV şouların işində problem yaradan tətil son 63 ildə ilk dəfədir ki, belə uzunmüddətli davam edir.
Uvertura.az xəbər verir ki, aktyor Brad Pitt-dən tutmuş, aktrisa Jane Fonda-ya qədər hər kəs aktyorların bu etirazını dəstəkləyir. Tətillər təkcə ABŞ film sənayesinə deyil, eyni zamanda Böyük Britaniyada çəkilişləri getməli olan filmlərin aqibətinə də təsir edib. Söhbət isə Brad Pittin oynayacağı “Fomula One”dan, həmçinin “Deadpool 3” və musiqili film olan “Wicked”dən gedir.
Qeyd edək ki, Holivudda aktyorların tətilləri iyulun 14-də başlamışdı.